İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") 3 kateri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən təhlükəli məsafəyə yaxınlaşıb.
Yenisabah.az "The Washington Post"a istinadla xəbər verir ki, bunu məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid patrul gəmisi "USS Sirocco" və sürətli nəqliyyat gəmisi "USNS Choctaw County" Fars körfəzində beynəlxalq suları keçərkən 3 İran kateri "Sirocco"ya təhlükəli məsafədən yaxınlaşıb. Eyni zamanda, o qeyd edib ki, İran katerləri “təhlükəli yüksək sürətlə” hərəkət edib. pizza hut
Yalnız "USS Sirocco" xəbərdarlıq siqnalı verdikdən sonra onlar istiqaməti dəyişdirib. Katerlər "USNS Choctaw County"nin 46 metr yaxınlaşaraq amerikalıları xəbərdarlıq fişəngi atmağa məcbur edib.
Qeyd olunur ki, insident bir saata yaxın sürüb, bundan sonra İran gəmiləri ərazini tərk edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Cozef Buççino bildirib ki, İran donanmasının hərəkətləri dənizdə peşəkar və ya təhlükəsiz davranış üzrə beynəlxalq standartlara cavab vermir, səhv hesablama və toqquşma riskini artırır:
"CENTCOM qüvvələri regional sabitliyə töhfə verərək beynəlxalq hüququn icazə verdiyi məsuliyyət zonasında uçmağa, üzməyə və istənilən yerdə fəaliyyət göstərməyə davam edəcək".
Telegram kanalımız