İran kosmosa astronavt göndərəcəyi tarixi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran kosmosa astronavt göndərəcəyi tarixi açıqladı

Dünya

11 Dekabr 2023 13:28 697


İran 2028-ci ilin sonuna qədər öz biokapsulasından istifadə edərək astronavtları orbitə çıxaracaq.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur deyib.

Yerli biokapsülün uğurlu sınaq buraxılışına istinad edən Zarepur, ölkənin 10 illik kosmik sənaye planına uyğun olaraq, İranın 2028-ci ilin sonuna qədər biokapsuldan istifadə edərək astronavtları orbitə çıxaracağını bildirib. Toyuqlu pizza

İranın ən yeni bioloji kapsulu dekabrın 6-da “Salman” daşıyıcı raketindən istifadə etməklə uğurla buraxılıb. Bununla bağlı zəruri texnologiyaların işlənib hazırlanması və əldə edilməsi üçün yer səthindən 130 km yüksəkliyə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!