İran parlamentinin spikeri istefa verdi?

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentinin spikeri istefa verdi?

Dünya

22 Aprel 2022 16:32 419


Bu gün bəzi "Telegram" kanalları İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın istefa verməsi barədə məlumat yayıb.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, həmin kanallar sözügedən informasiya agentliyinə istinadən ediblər.

Sonradan məlum olub ki, qondarma nyusmeykerlər “Tasnim” xəbər agentliyinin loqosunu daxil etməklə, “Tasnimnew” adlı saxta "Twitter" hesabı yaradıblar. Bundan sonra həmin səhifədə Qalibafın istefası barədə yalan xəbər paylaşılıb. Pepperoni pizza

Qeyd edək ki, son günlər İran Məclisi sədrinin adı qalmaqalda hallanır. Onun arvadı, qızı və kürəkəninin Türkiyəyə səfəri cəmiyyətdə geniş ajiotaj doğurub.

Ailə üzvlərinin Türkiyədə bahalı körpə geyimi və aksessuarları almasından başqa, Qalibaf ailəsinin 40 milyard tümənə (təxminən 1,5 milyon dollar) İstanbulun elit Maslak məhəlləsindəki "Skyland" dəbdəbəli kompleksində 2 mənzil aldığı iddiası var. Belqrad meşələrinin qarşısında və "Qalatasaray" stadionunun yanında yerləşən "Skyland" İstanbulun ən bahalı komplekslərindən biridir.   

Məhəmməd Baqer Qalibafın oğlu bahalı alış-verişə görə artıq ailəsi adından İran xalqından üzr istəyib. Spikerin müşaviri Mahmud Rəzəvi isə qalmaqalın məqsədli şəkildə təşkil olunması barədə mülahizə yürüdüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!