"İran silahlı qüvvələri İsraildən ən kiçik təhlükə anında bu ölkənin mərkəzi rayonlarına zərbələr endirəcək".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
O, bu gün Milli Ordu Gününə həsr olunmuş mərasimdə çıxışında deyib: Toyuqlu pizza
“Əgər sizin tərəfinizdən millətimizi təhdid edən ən kiçik bir hərəkət olarsa, o zaman İsrail rejiminin mərkəzi silahlı qüvvələrimizin hədəfinə çevriləcək”.
Prezidentin sözlərinə görə, “İsrail region ölkələri ilə münasibətləri normallaşdırmağa çalışır, halbuki İsrail qüvvələrinin bu ölkələrdə ən kiçik hərəkəti İran Silahlı Qüvvələri və kəşfiyyatının diqqətindən yayınmayacaq”.
Telegram kanalımız