Fələstin məsələsi və Qəzzanın bombalanmasının dayandırılması Moskvada danışıqların əsas mövzularından biri olacaq.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Rusiyaya rəsmi səfərə getməzdən əvvəl deyib.
Onun sözlərinə görə, liderlər arasında danışıqların mövzusu ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əlaqələr, həmçinin regional və beynəlxalq gündəm olacaq. Toyuqlu pizza
İbrahim Rəisinin Moskvaya səfəri birgünlük olacaq. İran prezidentini neft naziri Cavad Ouci müşayiət edəcək.
Telegram kanalımız