İran prezidenti “Qarabağ Azərbaycandır” dedi

saytların hazırlanması

Evə çatdırılma

İran prezidenti “Qarabağ Azərbaycandır” dedi

Siyasət

09 Noyabr 2023 20:06 2110


“Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”.

“Yeni Sabah” xəbər verir ki, bunu İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Qarabağın yenidən qurulacağına və bərpa ediləcəyinə ümidvar olduğunu bildirən İran Prezidenti qeyd edib:  Toyuqlu pizza

“Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq. İran şirkətləri Qarabağın bərpasında və ümumiyyətlə, Azərbaycanın inkişafında Azərbaycandan olan əziz dostlarımıza kömək etməyə hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!