İranın məhkəmə hakimiyyəti sisteminin sözçüsü Məsud Setayeşi Tehrandakı Azərbaycan səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barədə ölüm hökmünün çıxarılmasına dair informasiyanı təkzib edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, o, AzTV-nin məlum məlumatı barədə suala belə cavab verib:
"Səfirlik əməkdaşının qəsdən öldürülməsi ilə nəticələnən Azərbaycan səfirliyinə basqın edən şəxsin işi ötən həftə 1 saylı Cinayət Məhkəməsinə göndərilib. Hazırda iş rəsmiləşdirmə mərhələsindədir və hələ ki məhkəmə istintaqına çıxarılmayıb. Elan olunması üçün hökm çıxarılmayıb". pizza mizza
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Baş Prokurorluğu da Y. Hüseynzadə barədə hökm çıxarılmadığını bildirib.
Telegram kanalımız