İran səfiri Azərbaycan XİN rəhbərinin müavini ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Azərbaycan XİN rəhbərinin müavini ilə görüşdü

Siyasət

21 Dekabr 2023 18:37 450


İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib. Dördpendirli pizza

Həmçinin müxtəlif siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində birgə layihələr, bank və konsulluq məsələləri və digər sahələrdə ikitərəfli münasibətlərə dair müzakirə aparılıb.

Eləcə də Cənubi Qafqaz regionunda baş verən hadisələrə və Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq səylərinə, regional əməkdaşlığın müxtəlif formalarına, müntəzəm siyasi məsləhətləşmələr formatlarına nəzər salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!