İran səfiri sərhədə kimin fətvası ilə gəlib?

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri sərhədə kimin fətvası ilə gəlib?

Siyasət

04 Avqust 2021 08:18 5595


İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

“Yeni Sabah” Ermənistan mətbuatına istinadla xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib. Toyuqlu pizza

İran səfirinin ermənilərin səngərində dayanıb Azərbaycan ərazilərinə durbinlə baxması dost heesab olunacaq bir ölkənin diplomatının davranışı ilə uyğun deyil. İctimaiyyətin yadındadır ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin "Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikirləri ictimaiyyəttdə haqlı olaraq etirazla qarşılanmışdı. Çünki Azərbaycan xalqı 44 günlük müharibədə İranın necə mövqe nümayiş etdirdiyini dəqiq bilirdi.

İndi ortaya sual çıxır: İran səfiri Azərbaycanla sərhədə kimin fətvası ilə gedib? Şeyxdə bu haqda informasiya varmı?

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!