İran hakimiyyəti Əfqanıstanla sərhədə zirehli diviziya yerləşdirib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, ölkənin cənubundakı Zahedandan188-ci zirehli diviziya sərhədə göndərilib. Bu qərar təhlükəsizlik məqsədilə Dokarun (İran) - İslam-Qala (Əfqanıstan) sərhəd-keçid məntəqələri yaxınlığında baş verən son insidentlərə görə verilib.
Aprelin 23-də sərhəd-keçid məntəqəsində sərhədçilər arasında münaqişə yaranıb və nəticədə sərhəd-keçid məntəqəsi İran tərəfdən müvəqqəti bağlanıb. Dominos pizza
Taliban İslam-Qala yaxınlığında yolun çəkilməsi işlərinə başlayıb. İran sərhədçiləri sərhəd bölgəsində yeni yolun tikintisinə dair rəsmi təsdiqi olmadığına görə müdaxilə edərək işi dayandırıblar.
Hazırda iş dayandırılıb və iki ölkənin səlahiyyətli nümayəndələri bu məsələni müzakirə etməyə hazırlaşır.
Telegram kanalımız