Yaxın vaxtlarda şimal donanması “Deylaman” esminesi ilə təchiz olunacaq.
Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bildirib.
Onun sözlərinə görə, Xəzər sülh və dostluq dənizidir və donanmaya yeni esminesinin əlavə edilməsi iki əsas məqsədə xidmət edir. Onlardan birincisi Xəzər dənizinin unikal şəraiti nəzərə alınmaqla naviqasiya təhlükəsizliyinin təmin edilməsidir. Marqarita pizza
Admiral vurğulayıb ki, bütün Hərbi Dəniz Qüvvələrinin təlim mərkəzləri ölkənin şimalında yerləşdiyi üçün ikinci məqsəd qüvvələrin hazırlıq səviyyəsini yüksəltməkdir.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı əlavə edib ki, “Deylaman” “Cəmaran” esminesinin təkmilləşdirilmiş versiyasıdır.
Telegram kanalımız