İran XİN Rəisinin Türkiyə səfərinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

İran XİN Rəisinin Türkiyə səfərinə aydınlıq gətirdi

Dünya

11 Dekabr 2023 13:13 681


İran XİN prezident İbrahim Rəisinin Türkiyə səfərinin yubanması ilə bağlı möhtyəkir məlumatlara aydınlıq gətirib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, nazirliyin sözçüsü Naser Kənani Türkiyəyə səfərin ləğvinin Qəzzada HƏMAS və İsrail arasında hərbi toqquşma ilə bağlı olduğunu bildirib.

"Bu səfər iki tərəfin prezidentlərinin telefon danışığına görə və Fələstində şahidi olduğumuz vəziyyəti nəzərə alaraq ləğv edilib. Üstəlik, İran və Türkiyə nümayəndə heyətlərinin Nyu-Yorkda keçirdiyi görüşlərdən sonra baş tutması qərara alınıb.Təbii ki, ölkəmizin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinə vizalar vaxtında verilmədiyindən o, gedə bilməyib", - deyə Kənani izah edib. Toyuqlu pizza

"İran və Türkiyənin münasibətləri konstruktiv şəkildə bir-birini tamamlayır və ölkələrimiz müxtəlif sahələrdə yaxşı əməkdaşlıq edir. Gözlənilir ki, bəzi regional və müəlman ölkələri Fələstin xalqının mənəvi və insani gözləntisinə uyğun olaraq İsraillə əlaqələrində çəkindirici vasitələrdən istifadə edəcəklər", - deyə XİN sözçüsü əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!