İran yeni nüvə zavodunu istifadəyə verib - MAGATE

saytların hazırlanması

Evə çatdırılma

İran yeni nüvə zavodunu istifadəyə verib - MAGATE

Dünya

14 Aprel 2022 17:43 966


İran Nətənz şəhərində uranın zənginləşdirilməsi sentrifuqalarının hissələrinin istehsalı üzrə yeni zavodu istifadəyə verib.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.

Agentliyin məlumatına görə, İran müvafiq avadanlıqları Kərəc şəhərindəki qapalı müəssisəsindən Nətanza köçürüb. pizza

MAQATE yeni obyektdə müşahidə kameralarının quraşdırılmasını aprelin 12-də başa çatdırıb. 

2021-ci il sentyabrın 7-də MAQATE rüblük hesabatında İranda 60% zənginləşdirilmiş uran ehtiyatlarının 2,4 kq-dan 10 kq-a yüksəldiyini bildirib. Həmin il iyunun 15-də İran hökuməti dövlətin 108 kq uranı 20%-ə qədər zənginləşdirdiyini elan etdi.

İran ötən il aprelin 11-də Nətənz şəhərindəki nüvə obyektində baş vermiş təxribata cavab olaraq uranın 60%-ə qədər zənginləşdirilməsinə başlayıb. Tehranın iddiasına görə, təxribatı İsrail törədib.

İran hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, zənginləşdirmə dinc məqsədlərlə və MAQATE-nin nəzarəti altında həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş nüvə sazişinə əsasən, İranın atomu 3,67%-dən çox olmayan zənginləşdirmə hüququ var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!