"ABŞ İrana gizli məktub göndərməyib".
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O, MAGATE İdarəçilər Şurasının Tehran əleyhinə qətnaməsindən 48 saat əvvəl İrana məxfi mesaj göndərilməsini təkzib edib. Sezar pizza
Dövlət Departamentinin sözçüsü deyib: “Belə bir mesajın olub-olmadığını bilmirəm, ümumiyyətlə, Dövlət Departamentində heç kim bilmir. Biz İranın nüvə proqramının hazırkı vəziyyəti ilə bağlı ciddi narahatlığımızı bildirmək istədik. İdarəçilər Şurasının qərarı da məhz belə oldu. Qətnamə MAQATE-nin İranda potensial elan olunmamış nüvə materialı və fəaliyyətləri ilə bağlı suallarına etibarlı cavab vermədiyinə dair ciddi narahatlığımızı artırıb. Biz İranı gərginliyi azaltmağa, təxribatçı fəaliyyətləri dayandırmağa çağırırıq".
Telegram kanalımız