İranda Azərbaycana qarşı bəyanatlar səsləndirildi

saytların hazırlanması

Evə çatdırılma

İranda Azərbaycana qarşı bəyanatlar səsləndirildi

Siyasət

08 Oktyabr 2023 19:31 5920


İran hökumətinin müxtəlif şəhərlərdə təşkil etdiyi HƏMAS-a dəstək aksiyalarında Azərbaycan əleyhinə təhdidlər səsləndirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşımlar edilib.

Oktyabrın 7-i gecə saatlarında SEPAH və "Bəsic" üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb. Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib. pizza hut

Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.

Xatırladaq ki, HƏMAS-ın İsrailə qarşı ötən gün başlatdığı genişmiqyaslı hücumlar nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb. İsrail ordusu cavab tədbirləri görür./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!