İrandan Azərbaycana narkotik keçirtmək cəhdinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana narkotik keçirtmək cəhdinin qarşısı alındı

Kriminal

19 Fevral 2024 12:31 1015


Fevralın 19-da İrandan Azərbaycana 3 nəfərin narkotik keçirmək cəhdi olub.

Yenisabah.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb. Marqarita pizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!