Küveytin Hərbi Dəniz Qüvvələri Fars körfəzində İrana aid gəmiyə hücum edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Küveyt nifaq salmaq üçün açıq-aşkar bir cəhdlə Fars körfəzində qanunsuz olaraq İran gəmisinə hücum edib, dörd vətəndaşımızı saxlayıb", - o bildirib və əlavə edib ki, bu, ABŞ tərəfindən İrana hücum etmək üçün istifadə edilən adanın yaxınlığında baş verib: Dördpendirli pizza
"Biz vətəndaşlarımızın dərhal azad edilməsini tələb edir və cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".
Telegram kanalımız