İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazandı

İdman

13 May 2026 21:26 118


Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb. pizza

Qeyd edək ki, daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!