Azərbaycan güləşçisi Əli Cavadlı Avropa çempionatında qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçisi Əli Cavadlı Avropa çempionatında qızıl medal qazandı

İdman

13 May 2026 22:38 99


Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Ə.Cavadlı üçüncü yarış günündə finalda rusiyalı Umar Boqatıryova heç bir şans tanımayıb. Həmyerlimiz görüşün taleyini ilk hissədə həll edib. Rəqibinə tam üstünlüklə (9:1) qalib gələn Ə.Cavadlı Avropa çempionu olub. Dördpendirli pizza

Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub – 0:8.

Zöhrab Səfərov (92 kq) isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığma komanda hesabında Avropa üçüncüsü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!