Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və inzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu tutduqları vəzifələrdən ayrılıblar.
Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub. pizza mizza
Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.

Fotoda: Elnur Mahmudov
Telegram kanalımız