Bakıda piyadalar üçün böyük dəyişiklik başladı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - VİDEO

Sosial

14 May 2026 00:22 121


"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində piyada zonalarının yaradılması istiqamətində işlər davam etdirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında məlumat verilib.

Layihəyə əsasən, paytaxtın iki əsas piyada zonası - "Atatürk" və "Antena" parkları bir-biri ilə birləşdirilir. Dominos pizza

Qeyd edək ki, sözügedən ərazi əvvəllər piyadalar üçün çoxsaylı maneələrin və nizamsız parklanma yerlərinin mövcud olduğu məkanlardan biri olub. Həyata keçirilən layihənin məqsədi isə həmin ərazini piyadalar üçün rahat və təhlükəsiz şəhər mühitinə çevirməkdir.

Vurğulanıb ki, artıq Bakı sakinləri və şəhərin qonaqları maneəsiz şəkildə "Atatürk" parkından "Antena" parkına, oradan isə "Dədə Qorqud" parkına keçid edə biləcəklər.

Layihə çərçivəsində "Atatürk" parkının giriş hissəsində yaşıllıq zonası, oturacaqlar, uşaq meydançası və digər infrastruktur obyektləri yaradılacaq. Bununla yanaşı, ictimai nəqliyyat və ticarət obyektləri arasında rahat piyada əlaqəsi təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!