Aparıcı Lalə Azərtaş Bakı–Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan Azərbaycan Hava Yolları sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli ilə bir araya gəlib.
"Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında onun haqda fikirlərini bölüşüb.
“Efirdə də bu adı daşıyan möcüzə bir xanımdan danışdım. Onun cəsarətinə heyran qaldım, hətta sözün ən gözəl mənasında ona həsəd apardım. Çünki hər insan ağır bir təyyarə qəzasından sonra yenidən səmaya baxa bilməz. Aydan isə qorxusunu taleyinə çevirmədi. O, yenidən mavi səmalara qalxacaq qədər güclü olmağı bacardı. Pepperoni pizza
Londona onun ilk səfəri, mənim isə Aydanın xidmət etdiyi təyyarə ilə ilk uçuşum idi. Bu uçuş boyunca mən yalnız peşəkar bir bələdçi yox, içində böyük iradə daşıyan bir insan gördüm.
Bəzən insanın ən böyük qələbəsi qorxmamaq deyil, qorxusuna baxmayaraq yenidən qanadlana bilməsidir. Aydan bunu bacaran güclü qızdır”./Axşam.az
Telegram kanalımız