İranın müdafiə naziri Ermənistana xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İranın müdafiə naziri Ermənistana xəbərdarlıq etdi

Dünya

07 Mart 2024 15:20 625


Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda o, bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. 

Axar.az xəbər verir ki, bu sözləri Suren Papikyanla Tehranda görüşü zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. 

Aştiani bütün qonşularla münasibətlərin möhkəmləndirilməsinin İranın xarici siyasətinin tərkib hissəsi olduğunu, lakin Ermənistan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  pizza

Nazir İranın region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsində qətiyyətli mövqeyini bir daha bəyan edib. 

Papikyan isə hər iki ölkənin regional sabitliklə bağlı oxşar fikirlərinin olmasının vacibliyindən və regional təhlükəsizliyə nail olmaq üçün əlaqələri daha da sıxlaşdırmağın əhəmiyyətindən danışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!