İranın nə edəcəyini bilirik - İsrail rəsmiləri

saytların hazırlanması

Evə çatdırılma

İranın nə edəcəyini bilirik - İsrail rəsmiləri

Dünya

05 Aprel 2024 09:56 773


İsrail ixtiyarında olan kəşfiyyat məlumatlarına istinadən ABŞ-a bildirib ki, İran öz ərazisindən İsrailə raket zərbəsi endirməyə hazırlaşır.

Yenisabah.az Axios-a istinadla xəbər verir ki, Tehranın zərbəni uzaq mənzilli ballistik raketlər, qanadlı raketlər və ya PUA-lardan istifadə etməklə, endirəcəyi gözlənilir.

İsrail rəsmiləri bildiriblər ki, İran öz ərazisindən hücuma keçərsə, İsrailin güclü reaksiyasına səbəb olacaq və mövcud münaqişəni başqa səviyyəyə daşıyacaq. Dördpendirli pizza

Müdafiə nazirləri Yoav Qalant və ABŞ-ın Lloyd Ostin arasında telefon danışığı zamanı İranın hərəkətləri nəticəsində koordinasiya və eskalasiyaya hazırlıq məsələsi ətraflı müzakirə olunub.

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Təhlükəsizlik Kabinetinin iclasında deyib: “Özümüzü necə qoruyacağımızı biləcəyik və əsas prinsipə uyğun hərəkət edəcəyik: kim bizə zərər verirsə və ya bizə zərər verməyi planlaşdırırsa, biz də ona zərər verəcəyik”.

Ağ Evin məlumatına görə, ABŞ prezidenti Co Bayden Netanyahu ilə telefon danışığı zamanı İrandan İsrailə qarşı təhdidləri müzakirə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!