“İranla dil tapmaq çətindir“ - Borrell

“İranla dil tapmaq çətindir“ - Borrell

Dünya

05 Fevral 2023 13:00 466


“İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir. Çünki Tehranın bir sıra məsələlərdə hazırkı mövqeyi onun nüvə proqramı ilə bağlı razılığa gəlməyi çətinləşdirir”.

Yenisabah.az “El Pais”ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

O bildirib: “Daxildə etirazların boğulması, xüsusən də qadınların hüquqlarının pozulması, ölüm hökmünün tətbiqi, Rusiyaya silah tədarükü - onlar bunu etdiklərini inkar etsələr də, bununla bağlı çoxlu dəlillər var - elə bir mühit yaradıblar ki, nüvə razılaşması getdikcə çətinləşir”.

Aİ diplomatı əlavə edib ki, hazırda müqavilə dondurulub: “Mən onu xilas etməyə çalışmalıyam”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!