“İranla viza rejiminin ləğv olunmasının zamanı deyil” –   Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“İranla viza rejiminin ləğv olunmasının zamanı deyil” – Millət vəkili

Siyasət

26 İyul 2019 11:58 1627


Azərbaycanın Türkiyə üçün viza rejimini ləğv etməsindən sonra İran vətəndaşları üçün də vizasız rejimin tətbiq olunması haqda təkliflər irəli sürülməkdədir. 

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilk olaraq Türkiyə ilə bağlı qəraarı yüksək qiymətləndirib: “Türkiyə vətəndaşlarına viza rejminin ləğv edilməsi gözlənilən idi. Ölkə Prezidentinin atmış olduğu bu addım heç şübhəsiz ki, hər iki qardaş dövlətin bütün maraqlarına uyğundur. Ölkə Prezidentinin bu addımı həm Azərbaycan, həm türkiyə vətəndaşları tərəfindən də çox yüksək qiymətləndirilməkdədir”. 

Onun sözlərinə görə, İran üçün viza rejminin ləğvi indiki vaxtda real görünmür: “İranda 40 milyona yaxın soydaşımız yaşayır. Onların Azərbaycana gəlişi bütün sahələrdə ciddi əhəmiyyət kəsb edir. Ancaq İranda durum tamamilə fərqlidir. Mənə elə gəlir ki, bu gün İranla Azərbaycan arasında viza rejiminin ləğv olunmasının zamanı deyil. Bu problemli bir məsələdir.  Toyuqlu pizza

Bunun bir sıra səbəbləri var. Bu gün İran ətrafında gedən çox ciddi beynəlxalq səviyyəli yanaşmalar bizi bu məsələdə çox ehtiyatlı olmağa vadar edir. Ola bilsin ki, nə vaxtsa biz oradakı 40 milyonluq  soydaşımızın Azərbaycana daha rahat gəlməsi üçün viza rejiminin ləğv olunmasına baxa bilərik. Amma bu gün bu məsələ üçün hələ tezdir. Bu mənim mövqeyimdir. Hər kəsin fərqli yanaşması ola bilər. 

Əlbəttə,  bütün məsələlərin həlli cənab Prezidentimizin səlahiyyətləri  içərisindədir. O,  bütün bu məsələləri hər birimizdən daha yüksək səviyyədə bilir”. 

Elnarə İlham 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!