"Ölkənin hücum silahları İsrailin Təl-Əviv və Hayfa şəhərlərini yerlə-yeksan etməyə imkan verir".
Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı general Kəyumərs Heydəri bildirib.
O qeyd edib ki, bunun üçün İranın dini liderinin bircə əmri kifayətdir və İsrailin ən kiçik səhvi ilə onu məhv edə bilərlər". Sezar pizza
General Heydərinin sözlərinə görə, İran Silahlı Qüvvələrinin PUA-ları, eləcə də quru qoşunlarının raket silahlarının uçuş məsafəsi artıb. Bundan başqa, yeni silahların “ağıllı komponenti” artırılıb təcavüzə cavab vermək üçün qoşunların döyüş hazırlığı xeyli yüksəldilib.
O, “sionist rejim tərəfindən işğal olunmuş müsəlman ərazilərinin növbəti 25 ildə İslam dünyasına qayıdacağına” əminliyini ifadə edib.
Telegram kanalımız