İranlı general: “Rusiya-Ukrayna müharibəsi dünyanı dəyişir“

saytların hazırlanması

Evə çatdırılma

İranlı general: “Rusiya-Ukrayna müharibəsi dünyanı dəyişir“

Dünya

16 İyun 2022 12:23 914


“ABŞ-ın hegemon güc və ya qloballaşmanın yeganə fövqəldövləti strategiyası iflasa uğrayıb. Rusiya-Ukrayna müharibəsi ilə dünya siyasi gücün qütbləşməsinə doğru gedir".

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin müşaviri general Yəhya Rəhim Səfəvi bildirib.

O, ABŞ-ın dünyada hegemon gücə çevrilmə və birqütblü dünya formalaşdırma strategiyasına toxunaraq deyib: "Hegemon güc o deməkdir ki, heç bir qüvvə ona qarşı çıxa bilməz. Dedilər ki, dünya bir kənddir və bu kəndin mədəniyyəti və adət-ənənəsi Amerikaya məxsus olmalıdır". Pepperoni pizza

General Səfəvi əlavə edib: “Ancaq ABŞ-ın hegemon güc və ya qloballaşmanın yeganə fövqəldövləti olma strategiyası iflasa uğrayıb. Dünya siyasi gücün çoxqütblülüyünə doğru gedir və buna misal olaraq Rusiya-Ukrayna müharibəsini göstərmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!