Biz Xəzər dənizində heç bir təhlükə hiss etmirik və bizim bütün sahilyanı ölkələrlə çox isti və mehriban münasibətlərimiz var.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran ilahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.
O qeyd edib: “Xəzər sülh və dostluq dənizidir. Sahilyanı ölkələrə və onların silahlı qüvvələrinə sülh və dostluq ismarışı göndəririk". Dominos pizza
General-mayor Baqiri bu gün səhər Bəndər Ənzəlidə “Deyləman” esminesinin dənizə buraxılması mərasimində çıxış edərkən vurğulayıb:
“Bu esminesin suya buraxılması sülhə xidmət edir, o, ticarət donanmalarının təhlükəsizliyinə təminatdır, terrorçuluq və s. baş verə biləcək hadisələrlə mübarizəyə qarşıdır. O, əcnəbilərin iştirakı olmadan Xəzər dənizində İran və qonşu dövlətlərin sabit və etibarlı təhlükəsizliyini təmin edə bilib və edəcək.
Bu gün Xəzər dənizindəki hərbi-dəniz qüvvələrinə "Deyləman"ın əlavə olunması ilə ölkənin şimalında daha sabit təhlükəsizliyə və bu bölgədəki digər ordularla daha çox əməkdaşlığa malik olacağıq”.
Biz Xəzər dənizində heç bir təhlükə hiss etmirik və bizim bütün sahilyanı ölkələrlə çox isti və mehriban münasibətlərimiz var, lakin istənilən halda, dəniz nəqliyyatının təhlükəsizliyi təmin etməliyik. Bu istiqamətdə "Deyləman"ın istehsalı mütləq zərurət idi".
Telegram kanalımız