İranlı narkotacirlə “əməkdaşlığ“ın sonu - həbs

saytların hazırlanması

Evə çatdırılma

İranlı narkotacirlə “əməkdaşlığ“ın sonu - həbs

Kriminal

01 Mart 2023 09:15 801


Mingəçevirdə iranlı narkotacirlə “işbirliyi” quran keçmiş məhkum saxlanılıb. 

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan şəhər sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Hilal Əsgərovdur.

Şəxsi axtarış zamanı ondan 120 qramdan artıq heroin və külli miqdarda metamfetamin aşkar edilərək götürülüb. H.Əsgərov ifadəsində həmin narkotik vasitəni 1500 manat qarşılığında “Instagram” sosial şəbəkəsində tanış olduğu iranlı narkotacirdən əldə etdiyini bildirib. Dominos pizza

Qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün paytaxta gedən H.Əsgərov əvvəlcədən ona deyilən ərazidən bağlamanı götürərərək Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə H.Əsgərov barəsində həbs qətimkan tədbiri keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!