İrəvan 100 ölçüb bir biçməlidir - Rusiyadan Paşinyan hökumətinə çağırış

saytların hazırlanması

Evə çatdırılma

İrəvan 100 ölçüb bir biçməlidir - Rusiyadan Paşinyan hökumətinə çağırış

Dünya

17 Mart 2024 13:07 644


Ermənistanın KTMT-dən çıxmaq istəyən Ermənistan yaxşı-yaxşı düşünməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasından prezidentliyinə namizəd Nikolay Xaritonov deyib.

Onun sözlərinə görə, Rusiyadakı erməni diasporu ümid edir və inanır ki, Ermənistan rəhbərliyi səhv, bəlkə də ölümcül addım atmayacaq. pizza

“İlk növbədə Ermənistan hara getdiyini düşünməlidir. Rusiya ilə çoxəsrlik əlaqələr və dostluq, yoxsa... Ermənistanın göstərdiyi tələskənlik üzərində düşünməli olduğumuz şeydir. 100 ölçün, bir biçin!.. Biz hikmətə ümid edirik”, - deyə o, jurnalistlərə bildirib.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Ermənistanın KTMT-dən mümkün çıxması Qərblə “flört”ə deyil, ölkənin real ehtiyaclarına əsaslanmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, o, İrəvandakı siyasətçilərin nə üçün “Ermənistan vətəndaşlarına KTMT-nin mənfi rolu barədə fikir aşıladığını” bilmir.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!