"Bəli, əslində biz KTMT-də iştirakımızı dondurmuşuq".
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O, siyasi mövqeyi hüquqi proseslərlə qarışdırmağa ehtiyac olmadığını qeyd edib: Pepperoni pizza
“İclaslarda iştirak etmirik, nümayəndəmiz yoxdur. Sual yaranmır ki, İrəvan niyə təşkilata baş katibin müavini təyin etməklə öz kvotasından istifadə etmir, Ermənistan niyə dövriyyədə olan sənədlərlə bağlı fikir bildirmir?
İrəvan KTMT tərəfdaşlarından bir suala cavab verməsini gözləyir və tələb edir: Ermənistanda Təşkilatın məsuliyyət sahəsi nədir?"
Paşinyan vurğulayıb ki, KTMT Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab versə və cavab İrəvanın ideyalarına uyğun gəlsə, o zaman onlar arasında olan məsələlər öz həllini tapacaq.
“Əgər belə olmasa, Ermənistan Təşkilatdan çıxacaq. Nə vaxt deyə bilmərəm, - deyə Paşinyan zarafatla qeyd edib: “Yeni ilə qədər”.
Telegram kanalımız