Ermənistan KTMT Parlament Assambleyasının “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan deyib.
“Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif etdi, biz onu rədd etdik”, - Qulyan bildirib. Sezar pizza
Qeyd edək ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, “Krokus Siti Holl”da törədilən terror aktını pisləyiblər.
Telegram kanalımız