İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun! 

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda rus sərhədçilərə qarşı aksiya: Rədd olun! 

Dünya

03 Mart 2024 09:57 633


İrəvanın Zvartnots hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir. 

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb-buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir. Marqarita pizza

Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək", - aksiya iştirakçıları müraciətlərində qeyd ediblər.

Aksiyada "Rusiya düşməndir", "Rusiya alçaqdır", "Rusiya, Ermənistandan rədd ol" şüarları səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!