İrəvandakı səfir: Bu məsələdə İranla həmfikirik

saytların hazırlanması

Evə çatdırılma

İrəvandakı səfir: Bu məsələdə İranla həmfikirik

Dünya

06 Mart 2024 13:59 597


Biz təsir dairələri meyarında yox, hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ baxımından düşünürük.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi deyib.

O vurğulayıb: "Fransa Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. İranla bir çox məsələlərdə fikir ayrılığımız var, lakin bu, yekdil olduğumuz bir məsələdir. Əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər, çünki Nizamnaməyə görə, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidirlər. Bu, ortaq öhdəlikdir". Pepperoni pizza

Səfir İrəvana tədarük olunan silahlardan da söz açıb:

"Azərbaycanın narahatlığına gəlincə, onlar əmin ola bilərlər ki,  Ermənistana tədarük etdiyimiz əməkdaşlıq növü, texnika növləri ölkənin müdafiəsinə yönəlib, onlar sırf müdafiə xarakteri daşıyır. Yeri gəlmişkən, hava hücumundan müdafiə haqqında danışarkən, əgər Ermənistanın hava məkanını pozmasanız, heç vaxt Ermənistan Respublikasının hava hücumundan müdafiəsi ilə qarşılaşmayacaqsınız, bu, müdafiə potensialıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!