İsa Həbibbəyliyə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyliyə vəzifə verildi

Siyasət

01 May 2021 14:47 912


Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bir sıra kadr məsələlərinə baxılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AMEA məlumat yayıb.

Bildirilib ki, Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, professor Məmməd Əliyev isə Mərkəzi Elmi Kitabxananın baş direktoru vəzifələrinə təsdiq ediliblər. Dominos pizza

Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinə rəhbərlərin təsdiqlənməsinə dair qərar qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!