“İşğaldan azad edilən torpaqlar turistlər üçün cəlbedicidir” 

saytların hazırlanması

Evə çatdırılma

“İşğaldan azad edilən torpaqlar turistlər üçün cəlbedicidir” 

Siyasət

24 Avqust 2021 17:04 1002


“Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən aeroportlardan biridir. Cari ilin əvvəlində təməli qoyulan hava limanında artıq növbəti  ay ilk uçuşların həyata keçirilməsi nəzərdə tutulur”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O, deyib ki, digər iki hava limanı isə Zəngilanda və Laçında inşa ediləcək. Prezident İlham Əliyev hər iki hava limanının təməlqoyma mərasimində iştirak edib. Atılan bu addımlar artıq Böyük Qayıdışın başlandığının təsdiqidir.  pizza sifarişi

“Ölkə Prezidenti İlham Əliyev bu əminliyi ifadə edir ki, necə düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Qarabağ Azərbaycandır!”

Baş redaktor bildirib ki, işğaldan azad olunan ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan kifayət qədər  səmərəli olacaq: “Füzuli Hava Limanı Qarabağa getmək istəyən yerli  və xarici turistlər üçün cəlbedici olacaq. Bu hava limanı Zəfər Yoluna, Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə, Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağı nəzərə alınaraq həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda da hava limanına ehtiyacın olduğu önə çəkildi. 

İşğaldan azad edilmiş ərazilərimiz öz potensial imkanları ilə diqqətdədir. İnfrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, yenidən bərpası bu potensialdan səmərəli istifadəyə geniş imkanlar açacaq. Eyni zamanda, bu fakt da inkaredilməzdir ki, işğaldan azad edilmiş torpaqlarımız yerli və xarici turistlər üçün diqqətçəkəndir. Bu ərazilərimizdə üç Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi qət olunacaq məsafənin azaldılmasına, bununla, həmçinin turist axınının sürətləndirilməsinə də öz böyük  təsirini göstərəcək.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!