“İslami Cihad” hərəkatı Qəzza səmasında İsrailin PUA-sını vurdu

saytların hazırlanması

Evə çatdırılma

“İslami Cihad” hərəkatı Qəzza səmasında İsrailin PUA-sını vurdu

Dünya

16 Noyabr 2023 00:34 902


Fələstinin radikal “İslami Cihad” hərəkatının hərbi qanadı olan “Sarayə əl-Qüds” qüvvələrinin döyüşçüləri Qəzza zolağı səmasında İsrail ordusuna məxsus pilotsuz uçuş aparatını (PUA) vurublar.

Bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.

“Biz “Skylark” tipli dronu vurduq və onu ələ keçirdik”, - deyə yazıda qeyd olunub. pizza

Bundan əlavə, “Sarayə əl-Qüds” qruplaşmasının döyüşçüləri Qəzza zolağının şimalında bir qrup İsrail hərbçisinə minaatanlardan atəş açıblar. Zərbənin birbaşa hədəfi vurduğu iddia edilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!