İran Xarici İşlər Nazirliyi Hindistanın Tehrandakı səfirinə etiraz notası təqdim edib.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bu, Hindistanın hakim Bharatiya Canata Partiyasının (BJP) nümayəndəsi Nupur Şarmanın İslma peyğəmbərini təhqir edən ifadələrinə görədir.
Səfir bildirib ki, BJP nümayəndəsinin ifadə etdiyi mövqe bütün dinlərə böyük hörmətlə yanaşan Hindistan hökumətinin fikrini əks etdirmir. Bundan əlavə, Şarma dövlət qulluqçusu deyil, sadəcə partiyada vəzifə tutur və qalmaqaldan sonra o, işdən çıxarılıb. Dördpendirli pizza
Hindistanın NDTV telekanalının məlumatına görə, BJP rəhbərliyi Şarmanın partiyaya üzvlüyünü dayandırıb.
Qətər və Küveyt tərəfindən Hindistan səfirlərinə də etiraz notaları təqdim edilib, Pakistan və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir sıra digər müsəlman ölkələri və təşkilatları da BJP nümayəndəsinin bəyanatlarını pisləyib.
Xatırladaq ki, Nupur Şarma televiziya debatlarında çıxış edib və ölkədə baş verən bəzi hadisələrin müzakirəsi kontekstində İslam və Məhəmməd peyğəmbər (ə.) haqqında müsəlmanları təhqir edən bir sıra açıqlamalar verib.
Daha sonra Hindistan Milli Konqresi partiyasının üzvü Navin Cindal "Twitter"də müsəlmanlara qarşı paylaşım edib. Bir müddət sonra isə tənqid dalğasına dözməyərək paylaşımını silib.
Telegram kanalımız