İsrail 26 ildən sonra tarixi qalanı ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail 26 ildən sonra tarixi qalanı ələ keçirdi

Dünya

31 May 2026 11:24 534


İsrail ordusu Livanın cənubunda yerləşən strateji əhəmiyyətli Beaufort qalasını ələ keçirdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Əməliyyat son günlərdə Beaufort silsiləsi və Vadi Saluki bölgəsində həyata keçirilib. Toyuqlu pizza

Hərbi əməliyyatın məqsədinin Livanın “Hizbullah” qruplaşmasına məxsus infrastrukturun məhv edilməsi, silahlıların zərərsizləşdirilməsi və İsrailin şimal sərhədlərinə yönələn təhlükələrin aradan qaldırılması olduğu bildirilib.

Məlumata əsasən, İsrail qüvvələri Litani çayını keçərək Nabatiyyə istiqamətində irəliləyib və bölgəyə hakim yüksəklikdə yerləşən Beaufort qalasına nəzarəti ələ alıblar. Qala həm Livanın cənub hissəsinə, həm də İsrailin Qalileya bölgəsinə nəzarət baxımından strateji mövqedə yerləşir.

IDF bəyan edib ki, Beaufort və Vadi Saluki ərazilərində İranın dəstəyi ilə yaradıldığı iddia edilən mühüm “Hizbullah” infrastrukturu mövcuddur və yüzlərlə raket hücumu məhz bu ərazilərdən həyata keçirilib. Əməliyyatdan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin bölgədə genişmiqyaslı hava zərbələri endirdiyi qeyd olunub.

Beynəlxalq media isə bu əməliyyatı İsrail ordusunun son 26 ildə Livan ərazisinə ən dərin irəliləyişi kimi qiymətləndirir. Məlumatlara görə, Beaufort qalasının ələ keçirilməsi günlərlə davam edən şiddətli döyüşlər və hava hücumlarından sonra baş verib.

Xatırladaq ki, XII əsrdə inşa edilən Beaufort qalası əvvəllər də regiondakı münaqişələrin mərkəzində olub. İsrail ordusu 1982-ci ildə qalanı nəzarətə götürmüş, 2000-ci ildə isə Livandan geri çəkilərkən ərazini tərk etmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!