İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

saytların hazırlanması

Evə çatdırılma

İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

Dünya

05 Mart 2024 10:31 645


İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb. 

Yenisabah.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi HƏMAS yaraqlıları tərəfindən törədilən kütləvi zorlamalarla bağlı hesabatı dayandırmağa çalışmaqda ittiham edib. 

Bundan əvvəl BMT-nin xüsusi nümayəndəsi Pramila Patten hesabat təqdim edib ki, girovların cinsi zorakılığa, o cümlədən zorlama, cinsi işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması ilə bağlı birmənalı və inandırıcı məlumat var.  Pepperoni pizza

Sənəddə həmçinin qeyd edilir ki, indi yaraqlılar saxladıqları girovlarla bunu davam etdirə bilərlər. 

"BMT-nin HƏMAS-ın hücumu zamanı törədilmiş şokedici cinsi cinayətləri nəhayət etiraf etməsi 5 ay çəkdi. İndi Qəzza zolağında girovlarımızın məruz qaldıqları cinsi vəhşiliklər və cinsi zorakılıqlar barədə hesabat ortaya çıxandan sonra utancverici bir sükut hökm sürür. Bu məsələ ilə bağlı bir dəfə də olsun müzakirə aparmayan BMT "göylərə ağlayır”, - İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!