İsrailli iş adamına məxsus gəmi Hind okeanında PUA hücumuna məruz qalıb.
Yenisabah.az Associated Press-ə istinadla xəbər verir ki, nəticədə gəmidə yanğın baş verib, lakin ekipaj üzvləri arasında itki yoxdur.
ABŞ ordusu "CMA CGM Symi" konteyner gəmisinə zərbənin arxasında İranın durduğunu iddia edir, lakin onun bu qənaətə hansı məlumatlar əsasında gəldiyini açıqlamır. Toyuqlu pizza
Konteyner gəmisi Malta bayrağı altında üzür. O, Sinqapurda qeydiyyatdan keçmiş, israilli iş adamı İdan Oferin nəzarətində olan "Eastern Pacific Shipping" şirkətinə məxsusdur.
Telegram kanalımız