İsrail həbsxanalarında iğtişaşlar - Mübhəm ölüm

saytların hazırlanması

Evə çatdırılma

İsrail həbsxanalarında iğtişaşlar - Mübhəm ölüm

Dünya

19 Noyabr 2023 13:46 682


38 yaşlı fələstinli məhbus İsrailin Keziot həbsxanasında dünyasını dəyişib. Bundan sonra həbsxanada iğtişaşlar başlayıb.

Yenisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, ölən fələstinli 2005-ci ildən adam öldürməyə cəhd ittihamı ilə həbsdə olan "Fəth" hərəkatının üzvü Tahir Əbu Asabdır. Ölümünün hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.

Qısa müddət sonra başqa bir həbsxanada - Beerşebadakı Ohalei Kedarda iğtişaşlar başlayıb və nəticədə həbsxanada fövqəladə vəziyyət elan edilib. Toyuqlu pizza

Məhkumlar döşəklərini və paltarlarını yandırıblar.

Nəzarətçilər yanğınları söndürə və palataları nəzarətə götürə biliblər, xidmətdən bildirilib ki, bir mühafizəçi tüstüdən boğularaq yüngül xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!