İsrail “Hizbullah“ın Livandakı qərargahına zərbə endirdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail “Hizbullah“ın Livandakı qərargahına zərbə endirdi

Dünya

21 Dekabr 2023 12:10 598


İsrail Müdafiə Ordusunun qırıcıları Livanda “Hizbullah”ın əməliyyat komanda mərkəzinə havadan hücum edib. 

“Report” “Times of Israel”ə istinadən xəbər verir ki, dekabrın 21-də İsrail ordusu Livanın cənubunda “Kafr-Kalu” adlı əraziyə havadan zərbə endirib.

Bildirilib ki, İsrail ordusu Livanla sərhəddəki bölgələri atəşə tutulandan sonra cavab tədbirləri görüb. Toyuqlu pizza

İsrail ordusunun məlumatına görə, Colan təpələrində həyəcan siqnalı verildikdən sonra Suriyadan İsrailə doğru atılan 4 raket aşkarlanıb. Qarşı tərəf cavab atəşi açıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!