“Çox təəccüblüdür ki, İsrail daxili kəşfiyyatı “Şin Bet” HƏMAS-ın hazırladığı hücumlardan bixəbər olub. Amma HƏMAS-ın hücumlarını öyrənib onları dəf etmək İsrail üçün o qədər də çətin bir şey olmayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, ərəblərlə yəhudilər iç-içə yaşayıblar və onların çoxu İsrail ərazisində işləyir: pizza mizza
“İsrail tərəfi yeganə bir səbəb göstərir ki, hücumun olduğu gün İsraildə Sukkot bayramı idi. Guya bayram günü olması kəşfiyyat orqanlarındakı ayıq-sayıqlığı zəiflədib. Lakin bununla baş verənlərə bəraət qazandırmaq olmaz. “Mossad” kimi böyük kəşfiyyat idarəsinə sahib olan İsrailə HƏMAS tərəfindən belə bir genişmiqyaslı hücumun edilməsi, habelə İordan çayının qərb sahilindən İsrail ərazilərinə soxulmaq istəyən qüvvələr və İran istehsalı “Qassam” raketlərinin endirdiyi zərbələrdən rəsmi Təl-Əvivin xəbərdar olmaması çox qəribədir. İsrail bunların hamısını öncədən bilməli və hücumdan əvvəl onları məhv etməli idi. Müharibədən sonra, yəqin ki, hadisələrin baş vermə səbəbləri araşdırılacaq”.
Politoloq hesab edir ki, İsrail bu döyüşlərdə sarsıdıcı qələbə qazanacaq və HƏMAS terror təşkilatını məhv ediləcək:
“İsrail kəşfiyyatı bu təşkilata üzv olanların gizləndiyi və yaşadığı yerləri bilir və oraya dəqiq zərbələr endirir. Artıq HƏMAS-ın heç müqavimət gücü qalmayıb, tamamilə sarsıdılıb və sıradan çıxarılıb. Fikrimcə, bu gün, yaxud sabah HƏMAS ağ bayraq qaldıracaq və onların bir qismi həbs edilərək İsrailə gətiriləcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız