Yüksək səviyyəli İsrail məmurlarının e-poçt hesabları sındırılıb və məlumatlar oğurlanıb.
Yenisabah.az “Yedioth Ahronoth”a istinadla xəbər verir ki, bu barədə İsrailin kibertəhlükəsizlik şirkəti "Checkpoint" məlumat yayıb.
O iddia edir ki, iranlı hakerlər məmurlar, siyasətçilərlə yanaşı, elm bəzi xadimlərinin də poçt hesablarına müdaxilə olub. Dördpendirli pizza
Hədəfə alınanlar arasında keçmiş xarici işlər naziri Zippi Livni, ehtiyatda olan bir general, ABŞ-dakı keçmiş səfir və s. şəxslər var.
"Checkpoint" iddia edir ki, apardığı araşdırmalar göstərir ki, iranlı hakerlər məmurların elektron poçtlarını sındırıb, müxtəlif platformalarda onların şəxsiyyətlərini saxtalaşdırıb, onların adından danışıb və sonda onların şəxsi məlumatlarını oğurlayıblar.
Hesabat İsrail saytlarına geniş miqyaslı kiberhücumun yeni təfərrüatlarını dərc etdiyi bir vaxtda yayılıb. Hücumu “Əl-Tahir” adlı iraqlı haker qruplaşmasının həyata keçirdiyi qeyd olunur.
Telegram kanalımız