İsrail ordusu hərbi əməliyyatları bərpa etdi 

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu hərbi əməliyyatları bərpa etdi 

Dünya

01 Dekabr 2023 09:44 515


İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkədə açıqlama yayıb. 

Açıqlamada HƏMAS atəşkəsi pozmaqda ittiham olunub.  Sezar pizza

Bildirilib ki, atəşkəsin başa çatmasına az qalmış Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulub. Məlumata görə, İsrail Qəzzaya avia və artilleriya zərbələri endirir. 

Qeyd edək ki, noyabrın 24-dən noyabrın 30-dək tərəflər arasında humanitar atəşkəs elan olunmuşdu. Bu müddət ərzində girov və əsir mübadiləsi keçirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!