İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu İordan çayının qərb sahilində 33 fələstinlini saxladı

Dünya

16 Noyabr 2023 21:44 822


İsrail ordusu İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək axtarışda olan 33 fələstinlini saxlayıb, onlardan 20-si HƏMAS hərəkatının tərəfdarıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

“Gecə İudeya və Samariyada (İordan çayının qərb sahili - red.) təhlükəsizlik qüvvələri axtarışda olan 33 şəxsi saxlayıb, onlardan 20-si HƏMAS terror təşkilatının tərəfdarıdır”, - deyə məlumatda bildirilir. Toyuqlu pizza

Mətbuat xidmətinin verdiyi məlumata görə, ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1 750 fələstinlini, o cümlədən 1 050 HƏMAS tərəfdarını saxlayıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!