İsrail ordusunun gecə reydi - Ölənlər var

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusunun gecə reydi - Ölənlər var

Dünya

17 İyun 2022 15:14 984


İordan çayının qərb sahilindəki Cenin düşərgəsində şiddətli atışmalar baş verib.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, İsrail Müdafiə Nazirliyi gecə reydləri keçirib.

Cenin düşərgəsində qanunsuz silahların axtarışı zamanı fələstinlilər əsgərlərə atəş açıb. İsrail hərbçiləri cavab atəşi açıblar. Əsgərlər yolun kənarında dayanan şübhəli maşına atəş açmaqla 3 nəfərin ölümünə səbəb olublar. pizza

Avtomobilin içərisindən iki “M-16” tüfəngi, bir “Karlo” tapançası və s. aşkar edilib.

Xatırladaq ki, İsrail şəhərlərində 20 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktlarına cavab olaraq, İsrail silahlı qüvvələri aprelin 10-dan İordan çayının qərb sahilində antiterror əməliyyatları həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!