İsrail polisi “Anadolu”nun fotomüxbirini döydü

saytların hazırlanması

Evə çatdırılma

İsrail polisi “Anadolu”nun fotomüxbirini döydü

Dünya

16 Dekabr 2023 12:12 751


İsrail təhlükəsizlik qüvvələri Şərqi Qüdsdə çalışan "Anadolu" Agentliyinin fotomüxbiri Mustafa Harufu vəhşicəsinə döyüblər.

Yenisabah.az xəbər verir ki, müxbir vəzifəsini yerinə yetirərkən hücuma məruz qalıb.

Jurnalist xəstəxanaya yerləşdirilib. Toyuqlu pizza

Hadisə türkiyəli jurnalist "Əl-Əqsa" məscidi yaxınlığındakı Vadi əl-Cəuz bölgəsində namaz qılmaq üçün toplaşan bir qrup fələstinlini lentə alarkən baş verib.

İsrail polisi bölgədə maneələr qurub. Polis əvvəlcə Harufa silah tuşlayıb, sonra onu yerə yıxaraq təpikləməyə başlayıb.

Müxbir üzündən ağır xəsarətlər alıb. O, Şərqi Qüdsdəki Maqasid xəstəxanasına yerləşdirilib.

Polis Harufun yanında olan operator Faiz Əbu Rumailəyə də hücum edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!